Tərlan Əhmədov “Sabah”a lazım deyil

12 Fevral 2021 16:00 Sabah 1 103
Tərlan Əhmədov “Sabah”a lazım deyil

“Keşlə”nin sabiq baş məşqçisi Tərlan Əhmədovun tezliklə “Sabah”ın sükanı arxasına keçəcəyi ilə bağlı sosial şəbəkələrdə xəbərlər yayılıb.

Iddia olunur ki, 5 ay öncə paytaxt klubundan uzaqlaşdırılan mütəxəssis artıq Masazır təmsilçisi ilə danışıqlar aparıb.

Bilidirilir ki, qarşı tərəf Visente Qomeslə vidalaşmağa hazıtlaşdığından, Əhmədovla əmakdaşlığa başlamağa hazırdır.

Bu məlumatı müxtəlif kanallar vasitəsilə dəqiqləşdirməyə çalışdıq.

Redaksiyamıza məlum oldu ki, Əhmədov iş üçün AFFA və Peşəkar Futbol Liqasının rəsmilərinə müraciət edib. O, maddi vəziyyətinin çətin olduğunu da qeyd edib.

“Sabah”a gəlincə, tərəflər arasında heç bir görüş və anlaşma olmayıb. Düzdür, Əhmədov özünə yaxın bildiyi şəxslərin köməyi ilə klub başbilənləri ilə dialoqa cəhd edib, amma onun bütün cəhdləri puça çıxıb.

Masazır təmsilçisi ispaniyalı çalışdırıcıya yenə şans vermək niyyətindədir.

Ümumiyyətlə, “Sabah” Qomesin müqavilə şərtlərinə hörmətlə yanaşır və o, burada olduğu müddətdə başqa heç kimlə danışıqlar aparmaq fikrindən uzaqdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti