“Sabah” AFFA-nı uddu, yarımfinala qaldı - FOTOLAR

11 Fevral 2021 14:20 Sabah 843
“Sabah” AFFA-nı uddu, yarımfinala qaldı - FOTOLAR

AFFA, PFL və Premyer Liqa klublarının əməkdaşlarının iştirakı ilə təşkil olunan “Zəfər” turnirinə start verilib.

Sportinfo.az xəbər verir ki, yarışın ilk günündə 6 oyun təşkil olunub.

Mübarizəyə 1/8 finaldan başlayan AFFA “Sabah”la bacarmayaraq, mübarizəni startdaca dayandırıb. Onlar 4:7 hesabı ilə uduzublar.

“Sabah” ardınca “Qarabağ”a da qalib gələrək, yarımfinala yüksəlib. Finala gedən yolda onların rəqibi "Neftçi"ni darmadağın edən "Qəbələ" olacaq.

"Sabah" kimi, “Səbail” də ilk iki oyununu qələbə ilə bitirib. Onlar 1/2 finalda PFL-dən üstün olan “Keşlə” ilə üz-üzə gələcəklər.

Yarımfinal və final matçları bu gün təşkil ediləcək.

1/8 final
AFFA – “Sabah” - 4:7
“Səbail” – “Sumqayıt” - 1:0

1/4 final
“Keşlə” – PFL - 2:1
“Qəbələ” – “Neftçi” - 6:1
“Zirə” – “Səbail” - 0:2
“Qarabağ” – “Sabah” - 2:3

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı