“Sabah”a lazım olmadı, keçmiş komandasına döndü - FOTO

9 Fevral 2021 21:00 Sabah 1 001
“Sabah”a lazım olmadı, keçmiş komandasına döndü - FOTO

“Sabah”ın qış fasiləsində müqaviləsinə xitam verdiyi hücumçu Ulisse Diallonun yeni komandası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, malili forvard karyerasını yenidən Macarıstanda davam etdirəcək.

29 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Mezokovesd”lə anlaşıb. Hazırda komandanın düşərgəsində olan Diallo tezliklə sözləşməyə qol çəkəcək.

Bununla forvard sabiq komandasına qayıdışını rəsmiləşdiriəcək. O, 2016/17 mövsümünü məhz “Mezokovesd”də keçirib.

Ulisse Diallo “Sabah”a 2019-cu ilin yayında Macarıstanın digər klubu MKT-dan keçmişdi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti