"Başverənləri unutmaq yox, səhvlərin səbəbini, niyə baş verdiyini dərk etməliyik"

7 Fevral 2021 19:00 Sabah 498
"Başverənləri unutmaq yox, səhvlərin səbəbini, niyə baş verdiyini dərk etməliyik"

«Kubokdakı məğlubiyyət hər birimiz üçün çox acı oldu».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sabah»ın baş məşqçisi Visente Qomes deyib.

İspaniyalı çalışdırıcı ölkə kbokunun 1/8 final mərhələsində «Kəpəz»ə gözlənilməz məğlubiyyətin onlara çox pis təsir etdiyini, bununla belə, ruhdan düşmədiklərini söyləyib:

«Etdiyimiz səhvlərdən nəticə çıxarmalıyıq. Başverənləri unutmaq yox, buraxdığımız səhvlərin səbəbini, niyə baş verdiyini dərk etməliyik.

Bu cür halların bir daha təkrarlanmasına yol verməməliyik. İnanıram ki, bu fasilə çatışmazlıqlarımızı aradan qaldırmağımıza kömək edəcək».

Digər Xəbərlər
Xəbər Lenti