Ramil Şeydayev “Sabah”da ”qol orucu”nu pozdu - FOTOLAR

7 Fevral 2021 18:00 Sabah 1 026
Ramil Şeydayev “Sabah”da ”qol orucu”nu pozdu - FOTOLAR

Azərbaycan Premyer Liqasının ikinci yarısına hazırlığı davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, Masazır komandası U-19 millisi ilə qarşılaşıb.

Mərdəkandakı “Dalğa Arena”da keçirilən matç “göy-ağlar”in 3:0 hesablı qələbəsilə nəticələnib. Görüşdə qollara Ramil Şeydayev, Amadu Diallo və Təmkin Xəlilzadə imza atıb.

“Sabah” Azərbaycan Premyer Liqasının XV turunda səfərdə “Zirə” ilə qarşılaşacaq. Oyun fevralın 14-də, saat 17:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"