Premyer Liqa klubu yeni transferinin adını açıqladı

6 Fevral 2021 12:40 Sabah 746
Premyer Liqa klubu yeni transferinin adını açıqladı

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ukraynalı yarımmüdafiəçi Dmitro Klotsla anlaşıb.

24 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. O, “Sabah”da 48 nömrəli formanı geyinəcək.

2020-ci ildə "Keşlə"də oynayan Dmitro Klots 2014 - 2020-ci illərdə ölkəsində “Karpatı” (Lvov) komandasının şərəfini qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!