Azərbaycanda gələcəyini “Sabah“da gördü, qayıtdı

6 Fevral 2021 09:20 Sabah 686
Azərbaycanda gələcəyini “Sabah“da gördü, qayıtdı

“Sabah“ yeni legionerlə heyətini gücləndirib.

Sportinfo.az-ın məlumatına görə, Masazır təmsilçisi Dmitrii Klotsu rənglərinə bağlayıb.

Ötən ay maliyyə şərtlərindən dolayı «Keşlə»dən ayrılan ukraynalı yarımmüdafiəçi Premyer Liqanın digər bir təmsilçisi ilə müqavilə batğlamaq üçün təkrar Azərbaycana qayıdıb.

Onunla ilkin olaraq 4 aylıq anlaşma nəzərdə tutulub. 24 yaşlı orta sahə oyunçusu etimadı doğruldarsa, yayda sözləşməsi avtomatik daha 1 il uzadılacaq.

Ukraynalı “Keşlə“nin heyətində Azərbaycan Premyer Liqasında 13 oyuna 1 qol vurub.

Klots karyerası ərzində yalnız “Karpatı”da çıxış edib. O, 5 il ərzində Ukrayna Premyer Liqası çərçivəsində 106 oyun keçirib və 1 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti