"Sabah"dan şəhidə böyük ehtiram: Onun xatirəsinə forma hazırlandı - FOTOLAR

5 Fevral 2021 16:20 Sabah 910
"Sabah"dan şəhidə böyük ehtiram: Onun xatirəsinə forma hazırlandı - FOTOLAR

AFFA və “Sabah” klubu Vətən müharibəsi zamanı işğalçı Ermənistan ordusunun atdığı top mərmisi zamanı həlak olan Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini, futbolçu Qurban Şəhriyarın xatirəsinə forma hazırlayıb.

Sportinffo.az xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov ilə birgə millət vəkili Anar Məmmədov şəhidin atasına və şəhid Fidanın atası Elşən Qurbanova həmin futbol formalarını təqdim ediblər.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günü, sentyabrın 27-si mənfur işğalçı Ermənistan ordusunun atdığı top mərmisi Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə düşüb.

Hadisə nəticəsində ailənin beş üzvü - Qurbanov Elbrus İsa oğlu (1951), həyat yoldaşı Qurbanova Şəfayət Novruz qızı (1956), gəlini Əmirova Afaq Dəmir qızı (1981), nəvələri Qurbanov Şəhriyar Nadir oğlu (2007) və Qurbanova Fidan Elşən qızı (2006) həlak olub.

Ailənin azyaşlısı Qurbanov Şəhriyarın futbola çox böyük həvəsi var idi. O, Naftalanın Gİİ-nin nəzdində fəaliyyət göstərən UGİM-in yeniyetmələrdən ibarət U-13 futbol komandasının üzvü idi.

Şəhriyarın ölümü ilə əlaqədar FİFA başsağlığı ünvanlamış və dərindən kədərləndiklərini bildirmişlər.




Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”