Elxan Məmmədov "Sabah" rəhbərliyinə dəstək verdi

4 Fevral 2021 21:00 Sabah 763
Elxan Məmmədov "Sabah" rəhbərliyinə dəstək verdi

"Bəhlul "Sabah"ın futbolçusudur, onu buraxıb-buraxmamaq öz işləridir".

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, burada bir çox amillər nəzərə alınmalıdır: "Klubla əlaqə saxlayıb, maraqlanmışıq. Orada vəziyyət mətbuatda yazılan kimi deyil, bir az fərqlidir. Klubun qərarına hörmətlə yanaşırıq".

Danimarkanın "Veyle" klubu Bəhlul Mustafazadə üçün "Sabah"a təklif göndərib. Lakin klub 24 yaşlı müdafiəçini buraxmaqdan imtina edib.

Digər Xəbərlər
Xəbər Lenti