Premyer Liqamızda çalışan yeganə əcnəbi baş məşqçi geri qayıdır?

1 Fevral 2021 16:00 Sabah 1 762
Premyer Liqamızda çalışan yeganə əcnəbi baş məşqçi geri qayıdır?

«Sabah»ın baş məşqçisi Visente Qomez Azərbaycandan ayrıla bilər.

Sportinfo.az-ın məlumatına görə, cari mövsümün əvvəlində Masazır klubunuda işə başlayan ispaniyalı mütəxəssis Ukraynadan dəvət alıb.

Təklifi göndərən komandanın adı hələlik açıqlanmır.

Ölkəmizdə işləri yaxşı getməyən çalışdırıcınin bura gələnə kimi elə Ukraynada fəaliyyət göstərdiyi xatırladaq. O, Donetsk «Olimpik»inə rəhbərlik edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:30 Çək və bizə göndər!