Avropa klubundan “Sabah”a konkret təklif: "Yaxşı büdcəyə malikdir"

31 Yanvar 2021 19:40 Sabah 1 433
Avropa klubundan “Sabah”a konkret təklif: "Yaxşı büdcəyə malikdir"

“Veyle” “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadədən hələ də əlini üzməyib.

Sportinfo.az-ın Danimarka mətbuatına istinadən məlumatına görə, ölkədə “transfer pəncərəsi” fevralın 1-i axşam saatlarına qədər olduğundan, rəhbərlik 23 yaşlı futbolçunun keçidi üçün Azərbaycan klubuna təklif göndərib.

Bildirilib ki, “Veyle” Bəhlulu birdəfəlik transfer etmək şərti ilə yaya qədər icarəyə götürmək niyyətindədir və bununla bağlı konkret təklifini edib. O da vurğulanıb ki, “Sabah” yaxşı büdcəyə malik klubdur və gənc oyunçusu üçün yüksək məvacib tələb edə bilər.

Maraqlıdır ki, “Sabah” rəhbərliyi və futbolçunun meneceri bir müddət əvvəl “Veyle”nin təklifinin qəbul edilmədiyini açıqlamasına baxmayaraq, danimarkalılar son günə qədər ümidini itirmir.

Bəhlul Mustafazadənin “Sabah”la müqavilə müddəti 2022-ci ilin yayına qədərədir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu