"Təklif gəldi, ancaq klublar arasında razılıq əldə olunmadı"

28 Yanvar 2021 15:00 Sabah 735
"Təklif gəldi, ancaq klublar arasında razılıq əldə olunmadı"

"Bəhlul Mustafazadənin icarəyə götürülməsi ilə bağlı rəsmi təklif gəlmişdi, ancaq klublar arasında razılıq əldə olunmadı".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

Bilindiyi kimi, Danimarkadan “Veyle” Bəhlul Mustafazadənin gxidmətində maraqlıdır və onun müqavilə ilə məxsus olduğu “Sabah”a təklif göndərib.

Yerli mətbuatda 1,91 sm boya malik mərkəz müdafiəçisinin yaxşı seçim olduğu bildirilib. Mustafazadənin “Sabah”da və milli komandada əsas heyət üzvü olması diqqətə çatdırılıb.

"Veyle" Danimarka Superliqasında 13 turdan sonra 15 xalla 10-cu pillədə qərarlaşır. Bəhlul Mustafazadənin "Sabah"la müqavilə müddəti isə 2022-ci ilin yayına qədərdir.

Danimarkalılar bu keçidə görə "Sabah"a heç bir ödəniş etmək istəməyib. Razılıq buna görə əldə olunmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"