"Siz zarafat edirsiz? Uğursuzluq olanda insanın ağlına hər şey gəlir"

21 Yanvar 2021 21:30 Sabah 724
"Siz zarafat edirsiz? Uğursuzluq olanda insanın ağlına hər şey gəlir"

"Çox yaxşı oyun alındı. Müsbət məqamlarımız da var idi. Komanda yaxşı intensivlik göstərdi.

Vurduğumuz qolu qeyd edərdim. Amma səhvlərimiz də oldu. "Qarabağ" kimi rəqiblərlə matçlarda bu səhvləri etməməliyik".

bunu "Sabah"ın baş məşqçisi Visente Qomez Azərbaycan Premyer Liqasının XIV turunda evdə "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis büdcə və oyunçular barədə danışmaq istəmədiyini bildirib: "Fikir verin, mən bura gələndən neçə futbolçu transfer etmişik. 6 oyunluq məğlubiyyət seriyası bizə pis təsir etdi. Amma qışadək lazımi oyunlarda vacib xallar qazandıq".

Qomez uğursuzluğun səbəbini bu cür izah edib: "Siz zarafat edirsiniz? Uduzduğumuz rəqib "Qarabağ"dır. Çempionatın ən yaxşı komandasıdır.

Fasilə vaxtı yalnız bir yoxlama oyunu keçirmişik. Fikrimcə, bu gün yaxşı komandaya qarşı pis oynamadıq. Ən yaxşı hücum oyunçularının bizdə olması fikri ilə razılaşmıram.

Nəyisə müqayisə edəndə, statistikanın digər tərəfinə də baxmaq lazımdır. 13 tur ərzində kifayət qədər qol imkanlarımız olub, istifadə edə bilməmişik.

Mən baş məşqçi kimi onların qapıya zərbələrini daha da yaxşılaşdırmağa çalışıram. Klubun büdcəsini isə bilmirəm".

Digər Xəbərlər
Xəbər Lenti