Buna görə onun gedişinə icazə verdik" – “Sabah”ın baş məşqçisi

15 Yanvar 2021 22:20 Sabah 642
Buna görə onun gedişinə icazə verdik" – “Sabah”ın baş məşqçisi

“Ozan bizimlə çox yaxşı çalışdı, uğurlu işlər gördü, əla münasibət qurdu”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a açıqlamasında “Sabah”ın baş məşqçisi Visente Qomes yarımmüdafiəçi Ozan Can Kökçünün Niderlandın “Telstar” klubuna keçidi ilə bağlı danışarkən deyib.

İspaniyalı mütəxəssis milli komandamızın üzvünün ölkə xaricində təcrübə toplayacağını düşünür. Qomes buna mane olmaq istəmədiklərini vurğulayıb:

“Ozan Can bizim üçün vacib futbolçu idi. Amma Avropadan təklif aldı və gənc oyunçu üçün bu cür təcrübə yaşamaq yaxşı hal olar. Buna görə də gedişinə icazə verdik.

Ümid edirəm ki, orada oyunundan həzz alacaq, futbolçu kimi böyüyəcək və daha güclü oyunçu olacaq”.

“Sabah”la müqavilə müddəti 2023-cü ilin yayına qədər olan Ozan Can Kökçü Niderlandın ikinci liqa təmsilçisi “Telstar”a icarəyə verilib.

Digər Xəbərlər
Xəbər Lenti