"Sabah"ın oyun fəlsəfəsinə uyğunlaşmağa çalışıram"

15 Yanvar 2021 20:00 Sabah 738
"Sabah"ın oyun fəlsəfəsinə uyğunlaşmağa çalışıram"

"Sabah"da ilk oyunum idi. Uzun fasilədən sonra futbola qayıtmaq, meydana çıxmaq çox xoş idi".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın yeni transferi Bəxtiyar Həsənalizadə deyib.

Müdafiəçi uzun fasilədən sonra meydanda yaşadığı çətinliklərdən də söz açıb: "İkinci hissə meydana daxil oldum. Hiss edirəm ki, fiziki çatışmazlığım var. Uzun müddət komanda ilə məşq etmirdim. Həm də zədəmlə bağlı kollektivdən ilk günlər ayrı düşmüşdüm. 2-3 gün əvvəl komandaya qoşulmuşam. İnanıram ki, müddət keçdikcə yavaş-yavaş bunlar da öz qaydasına düşəcək".

Həsənalizadə tezliklə əvvəlki formasını bərpa edib, komandası üçün faydalı olmağa çalışdığını bildirib: "Komandanın oyun fəlsəfəsinə uyğunlaşmağa çalışıram. Ümid edirəm ki, bu prosesi tezliklə keçəcəm. Çünki çempionatın başlamasına da az qalıb. İstəyirəm ki, tez uyğunlaşım və komandaya fayda verim".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti