"Bu oyun mövqeyimizi yaxşılaşdırmaq üçün kifayət deyil" - Visente Qomez

14 Yanvar 2021 22:40 Sabah 514
"Bu oyun mövqeyimizi yaxşılaşdırmaq üçün kifayət deyil" - Visente Qomez

"Hazırda hər şey planlaşdırdığımız kimi gedir. Əsas odur ki, komandada zədəlilər olmasın və oyunçularımız problemsiz məşqlərinə davam edə bilsinlər".

Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Visente Qomez klubun rəsmi saytına açıqlamasında bu gün "Bank Respublika Arena"da "Səbail"i 1:0 hesabı ilə məğlub etdikləri yoxlama matçı barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis komandasının oyunundan razı qalmadığını bildirib: "Bu gün hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəmizi sınadıq.

Qalib gəlmək həmişə yaxşıdır, lakin, anlamalıyıq ki, bu gün sərgilədiyimiz oyun turnir cədvəlindəki mövqeyimizi daha da yaxşılaşdırmaq üçün kifayət deyil”.

Qomez yeni transfer Tiemoko Fofananın "Sabah"dakı ilk oyunundan da söz açıb: “Fofana komanda ilə cəmi iki məşqə çıxdıqdan sonra ilk oyununu keçirdi. Meydanda yaxşı çalışdı.

Ondan daha çox şey gözləyirik. Məşqlərlə və oyun praktikası ilə istədiyimiz oyun ideyasına, tərzinə vaxt keçdikcə uyğunlaşacaq”.

“Sabah” qış fasiləsindən sonra Azərbaycan Premyer Liqasında ilk oyununu yanvarın 21-də saat evdə “Qarabağ”a qarşı keçirəcək. XIV tur çərçivəsində baş tutacaq görüş saat 18:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti