"Oğlum "Sabah"ı və Azərbaycanı Avropada yaxşı şəkildə təmsil etmək istəyir"

14 Yanvar 2021 23:00 Sabah 883
"Oğlum "Sabah"ı və Azərbaycanı Avropada yaxşı şəkildə təmsil etmək istəyir"

"Ozan Can Kökçüyə Niderlanddan başqa, müxtəlif ölkələrdən təkliflər var idi. Bu, çox normaldır".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün atası Halis Kökçü futbolçunun Niderlandın "Telstar" klubuna keçməsi ilə bağlı danışarkən deyib.

"Sabah" Ozan Can Kökçünü mövsümün sonuna qədər "Telstar"a icarəyə verib. O bildirib ki, bu transferin gerçəkləşməsində əsas məqsəd 23 yaşlı yarımmüdafiəçinin özünü Avropada göstərməsidir:

"Ozan Can Kökçü "Sabah"ı və Azərbaycanı Avropada yaxşı şəkildə təmsil etmək istəyir. Onun yaxşı çıxış edəcəyinə inanırıq və futbolçuya uğurlar arzulayırıq".

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!