"Xan Lənkəran" peşəkar klub olmaq yolunda nə işlər görür?

9 Yanvar 20:40 Region Liqası 1 005
"Xan Lənkəran" peşəkar klub olmaq yolunda nə işlər görür?

Növbəti mövsümdən etibarən I Divizionda mübarizə aparmaq iddiasında olan « Xan Lənkəran » peşəkar kluba çevrilmək yolunda növbəti addımı atıb.

Region Liqasında debüt edən cənub təmsilçisi aşağı yaş qrupları üzrə komandaların formalaşdırılmasına başlayıb.

AFFA ilə intensiv əlaqələr quran «Xan Lənkəran» uşaq futbolunun inkişafı ilə bağlı konsepsiyasını hazırlayıb.

Buna əsasən, U-19-un yaradılması lazım bilinib. Seleksiya prosesi Lənkəran Olimpiya Kompleksinin sadionunda aparılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti