İki qat çempion bölgə klubunda - "Hədəfimiz yenə çempionluq olacaq"

15 Sentyabr 2021 23:20 Region Liqası 1 806
İki qat çempion bölgə klubunda - "Hədəfimiz yenə çempionluq olacaq"

Sumqayıtı təmsil edən "Uğur" komandası ilə iki dəfə Region Liqasının qalibi olan Qəzənfər Abbasov yeni mövsümdən "Şahdağ"da çalışacaq.

Gənc çalışdırıcı Quba təmsilçisinə təyinatı barədə Sportinfo az-a danışıb: "Bir həftə olar danışıqlarımız gedirdi. Klub rəhbərliyinin şərtləri uyğun gəldiyi üçün təklifə razılıq verdim.

Arxada qalan illər Region Liqasında titul qazanmışam. Eyni nəticəni təkrarlamağa çalışacağıq. Hədəfimiz yenə çempionluqdur".

Abbasov ilk gündən iddialı danışıb: "Növbəti həftədən məşqlərə başlayacağıq. Hələki seleksiya işi gedir. Bəzi mövqelərə axtardığımız oyunçular var.

"Uğur"dan tanıdığım bir neçə futbolçunu bura dəvət etməyə çalışacam. O demək deyil ki, bütün heyət bura gələcək. Bütün tərəfləri bizə uyğun gələnləri heyətə qatacağıq. Sıradan bir komanda olmayacaq".

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?