COP29

Fransalı Azərbaycanın ikinci klubundan təklif aldı

27 May 11:40 Qəbələ 4 559
Fransalı Azərbaycanın ikinci klubundan təklif aldı

«Qəbələ»nin vingeri Bilel Auaşeriya karyerasını Azərbaycanın başqa bir klubunda davam etdirməyə yaxındır.

Elmar Baxşıyev 7-8 ay bir yerdə çalışdığı fransalı legioneri «Araz-Naxçıvan»a dəvət edib.

Ona birillik müqavilə təklif olunub.

Əyalət təmsilçisi ötən ilin yayında 2 illik müqavilə imzalayıb.

“Sent Etyen”in yetirməsi son iki mövsümdə “Jil Visente”də forma geyinib. O, karyerası ərzində “Sent Etyen”, Portuqaliyada “Kovilya”, “Moreyrense”, “Farense”nin də şərəfini qoruyub.

Premyer Liqada yerini itirən bölgə təmsilçisi 30 yaşlı cinah oyunçusu ilə vidalaşmağa hazırdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"