“Qarabağ”dan getmək üçün hərəkətə keçdi, klub axtarışına çxıdı

14:40 Qarabağ 1 348
“Qarabağ”dan getmək üçün hərəkətə keçdi, klub axtarışına çxıdı

Fabiyan Buntiç qış fasiləsində «Qarabağ»ı tərk edə bilər.

Xorvatiyalı qapıçı menecerlər vasitəsilə Avropada klub axtarışına çıxıb.

2024-cü ilin yayında Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalamış balkanlı daim ehtiyatda qalmasından narazıdır,

Kiper yanvarda onu icarəyə götürə biləcək komanda ilə anlaşmağa səy edir. Bir neçə variantı artıq var.

Qurban Qurbanov ötən mövsüm ona az-çox şans tanıyırdı. Bu sezon hələlik belə imkan yaxalamayıb.

Mateuş Koxalski avrokuboklarda əla təsir bağışlayır. Premyer Liqada isə bir çox hallarda Şahruddin Məhəmmədəliyevi «çərçivə» önünə keçən görürük.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?