Xabi Alonso “Qarabağ”ı dəstəkləyəcək - VİDEO

26 Yanvar 2024 09:20 Qarabağ 982
Xabi Alonso “Qarabağ”ı dəstəkləyəcək - VİDEO

Xəbər verdiyimiz kimi, “Bayer”in düşərgəsində olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Leverkuzen təmsilçisinin çalışdırıcısı Xabi Alonso ilə yenidən görüşüb.

Sportinfo.az xəbər verir ki, Qurbanov Almaniya klubunun məşq prosesini izləyərkən Alonso ona yaxınlaşıb, məşqçilər arasında qısa və səmimi söhbət olub.

İspaniyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində “Braqa” (Portuqaliya) ilə keçiriləcək oyunlarda “Qarabağ”ı dəstəkləyəcəyini bildirib.

Q.Qurbanov da həmkarına həm Bundesliqada, həm də Avropa Liqasında uğurlar arzulayıb. O, “Bayer”in hər iki yarışın qalibi olmasını istədiyini söyləyib.

“Bayer” Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olub. Həm “Bayer”, həm də “Qarabağ” qrupdan çıxaraq pley-offa yüksəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti