“Qarabağ” Belarusa gedir

26 Yanvar 2024 11:40 Qarabağ 2 059
“Qarabağ” Belarusa gedir

“Qarabağ”ın U-15 komandası Belarusda “Bizim gələcəyimiz” adlı beynəlxalq turnirə qatılacaq.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin 2009-cu il təvəllüdlüləri fevralın 7-10-u aralığında Minskdə baş tutacaq turnirdə Belarus və Rusiyadan olan həmyaşıdları ilə qarşılaşacaqlar.

16 kollektivin 4 qrupa bölündüyü turnirdə “Qarabağ” yerli BATE, eyni zamanda Rusiyanın “Zvezda” və “Olimpik” komandaları ilə B qrupunda mübarizə aparacaq.

Qruplarda ilk iki yeri tutacaq komandalar 1/8 finala adlayacaqlar. Çempion kubokla, 2-3-cü yerlərin sahibləri isə medallarla təltif ediləcəklər.

Həmçinin turnirin ən yaxşı futbolçularına mükafat təqdim ediləcək. Oyunlar hər hissəsi 20 dəqiqədən ibarət olacaq.

“Qarabağ”ın U-15 komandasına ötən gün Vüqar Əsgərli baş məşqçi təyin edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti