"Qarabağ" sülhü - VİDEO

19 Yanvar 2020 13:13 Qarabağ 435
"Qarabağ" sülhü - VİDEO

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" dünən ilk yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Rumınyanın yüksək liqasında mübarizə aparan "Akademiya Klinçeni" klubu ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.

Kollektiv təlim-məşq toplanışı çərçivəsində daha 3 oyun keçirəcək. Komanda yanvarın 22-sində Qazaxıstanın "Jetisu", 25-ində isə Çexiyanın "Siqma" və Polşanın "Visla Plok" komandaları ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti