Əyalət klubuna lazım olmadı, “Qarabağ”da peyda oldu - TƏFƏRRÜAT

26 Yanvar 2024 20:00 Qarabağ 5 874
Əyalət klubuna lazım olmadı, “Qarabağ”da peyda oldu - TƏFƏRRÜAT

Noyabrda “Şamaxı”dan ayrılan Vüqar Əsgərlinin yeni iş yeri müəyyənləşib.

39 yaşlı mütəxəssis karyerasını “Qarabağ”da davam etdirəcək.

Pro lisenziyasına sahib olan məşqçi U-15 komandasında Rakif Əliyevi əvəzləyib.

Ötən mövsüm Premyer Liqada mübarizə aparan “Şamaxı”da çalışan, cari futbol ilinə də həmin komandada, lakin Birinci Divizionda baş məşqçi kimi başlayan Əsgərlinin niyyəti yenidən elitada fəaliyyət göstərmək idi.

Bununla bağlı ötən ilin sonunda “Turan Tovuz” rəsmiləri ilə söhbəti olmuşdu. Ayxan Abbasovun köməkçisi işləmək həvəsinə düşdüyünü gizlətməmişdi.

Dekabrda başbiləınlərdən “gözlə” mesajını alan səbəbkara qısa zamanda cavab verilməliydi ki, ötən ayın 23-də Tovuz şəhər stadionunda işıq dirəyinin aşması və vergi xərclərinin artması planları pozub.

Ortaya planlaşdırılmamış xərclərin çıxmasından sonra Əsgərliyə “Turan Tovuz”da ehtiyac duyulmayıb. Mədəni formada özünə başqa iş tapmaq məsləhət görülüb.

Bölgə təmsilçisindən istədiyi cavabı almayınca, Pro kateqoriyası ilə uşaq futbolunda çalışmağı məqsədəuyğun sayıb. Təki işsiz qalmasın. Bəlkə sabah hansısa vasitəylə əsas komandaya yol açılar.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti