“Qarabağ”ın U-15 komandasının Belarusda keçiriləcək “Bizim gələcəyimiz” adlı beynəlxalq turnirə qatılacağını xəbər vermişdtk.
Ağdam təmsilçisinin 2009-cu il təvəllüdlüləri fevralın 7-10-u aralığında Minskdə baş tutacaq turnirdə Belarus və Rusiyadan olan həmyaşıdları ilə qarşılaşacaqr.
16 kollektivin 4 qrupa bölündüyü turnirdə “Qarabağ” yerli BATE, eyni zamanda, Rusiyanın “Zvezda” və “Olimpik” ilə B qrupunda mübarizə aparacaq.
Qruplarda ilk iki yeri tutacaq komandalar 1/8 finala adlayacaqlar. Çempion kubokla, 2-3-cü yerlərin sahibləri isə medallarla təltif ediləcəklər.
Həmçinin turnirin ən yaxşı futbolçularına mükafat təqdim ediləcək. Oyunlar hər hissəsi 20 dəqiqədən ibarət olacaq.
“Qarabağ”ın U-15 komandasına Vüqar Əsgərli baş məşqçi təyin edilib. O, bu postda Rakif Əliyevi əvəzləyib.
“Qarabağ”ın akademiyasının baş koordinatoru Aftandil Hacıyev gözlənilməz dəyişikliklə bağlı Sportinfo.az-a bunları söyləyib:
“Biz onu buradan göndərməmişik. Qərar Rakif Əliyevin özünə məxsusdur.
Gedən odur və yaxşı olar ki, səbəbini özündən soruşasız. İstənilən halda onun seçiminə hörmətlə yanaşırıq.
Hər şey bir günün içində baş verdi. Vüqar Əsgərli ilə danışıb, razılığını aldıq“.

