UEFA-nın "Qarabağ"ın legioneri Marko Veşoviçə verdiyi cəzanın müddəti bəlli olub.
Sportinfo.az xəbər verir ki, Avropa futbol qurumu 32 yaşlı cinah müdafiəçisini bir oyun diskvalifikasiya edib.
Monteneqrodan olan oyunçu dekabrın 14-də İsveçin "Hakken" komandasını məğlub etdikləri (2:1) Avropa Liqasının qrup mərhələsinin VI turunun qarşılaşmasının 56-cı dəqiqəsində birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.
Veşoviç Portuqaliyada "Braqa"ya qarşı keçirəcəkləri pley-offun ilk oyununu buraxacaq. O, Bakıda gerçəkləşəcək cavab görüşündə komanda yoldaşlarına kömək edə biləcək.
"Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.

