Qurban Qurbanov bu qərarı ilə futbolçuları sevindirdi

22 Mart 2024 19:00 Qarabağ 11 128
Qurban Qurbanov bu qərarı ilə futbolçuları sevindirdi

Son aylarda ağır qrafikdə “boğulan” “Qarabağ”lıların əlinə əla fürsət düşüb.

Baş məşqçi Qurban Qurbanov verdiyi qərarla futbolçularını sevindirib.

Belə ki, milli komandaların oyunları ilə bağlı çempionatda yaranmış fasiləyə görə “köhlən atlar”ın üzvləri 5 günlük dincəlmək imkanı qazanıb. Fürsətdən istifadə edən bəzi oyunçular xarici ölkələrə yollanmaqla diqqət çəkib.

Martın 17-də “Turan Tovuz”la qarşılaşan ağdamlılar, ertəsi istirahətə buraxılıb. Komanda martın 23-də bazada bir araya gələcək.

Lakin bu, heç də hamıya aid deyil. Milli komandaların sıralarında olan Markolar – Veşoviçlə Yankoviç, Yassin Benzia, Patrik Andrade, Andrey Lunyov, Luka Quqeşaşvili, Bədavi Hüseynov, Bədavi Hüseynov, Toral Bayramov, Elvin Cəfərquliyev və Nəriman Axundzadə “Qarabağ”a martın 27-dən tez qoşula bilməyəcəklər.

Qurbanov 11 nəfərin yoxluğunda sərəncamında qalan futbolçularla və düşərgəyə cəlb olunacaq gənclərlə hazırlıq keçmək məcburiyyətində qalacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti