COP29

“Qarabağ”a qayıdacam, verilən tapşırıqları yerinə yetirəcəm, sonrasına baxarıq”

22 Mart 17:45 Qarabağ 6 158
“Qarabağ”a qayıdacam, verilən tapşırıqları yerinə yetirəcəm, sonrasına baxarıq”

“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov gələcəklə bağlı planlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı kiper hazırda bütün diqqətini Rusiya millisinə və “Qarabağ”a yönəltdiyini bildirib.

“Hələlik diqqətimi millinin qarşıdakı oyunlarına cəmləmişəm. Ardından kluba qayıdacam, orada verilən tapşırıqları yerinə yetirməliyəm. Sonrasına baxarıq”, - deyə Lunyov söyləyib.

Lunyov “Qarabağ”a 2023-cü ilin yayında azad agent kimi keçib. Qapıçının ağdamlılarla müqavilə müddəti mövsümün sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti