“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Nəriman Axundzadə haqda danışıb.
Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis gənc oyunçulara məsləhət verib:
“Təcrübəm onu deyir ki, gənc futbolçuların "Qarabağ"da oynaması onların inkişafını tezləşdirir.
Başqa mentalitetdə olan futbolçulardır. Bu gün Avropaya getməkləri tezdir.
Getsələr, onların inkişafı dayana bilər. 2-3 il burada böyük oyunlarda iştirak edib Avropaya getsələr, daha yaxşı olar”.

