Qurban Qurbanov: "Mən bunu “Qarabağ”da qoruyub saxlamaq istəyirəm"

2 Mart 2024 09:00 Qarabağ 772
Qurban Qurbanov: "Mən bunu “Qarabağ”da qoruyub saxlamaq istəyirəm"

“Qarabağ”da döyüşçü ruhunu qoruyub saxlamaq istəyirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ FK – 30 mövsüm səfərdə” sənədli filminin təqdimat mərasimində klubun baş məşqçisi Qurban Qurbanov deyib.

“16 ildir “Qarabağ”dayam. Bir saat içində bu illəri, günləri yenidən yaşadım

. Film çox yüksək səviyyədə hazırlanıb. Əziyyət çəkən hər kəsə təşəkkür edirəm.

Biz hamımız doğru yolu göstərə bilərik. Amma onun icraçıları var.

Bu gün bir daha əmin oldum ki, mənim çox güclü kollektivim, futbolçularım və döyüşçülərim var.

İki gün əvvəl komanda ilə söhbətimiz oldu. Onlara Qarabağ barədə danışdım.

Bizim hansı komandanı təmsil etdiyimizi söylədim. İnsanlar canlarından keçiblər, əziyyətlər çəkiblər”, - deyə Q.Qurbanov vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti