Elvin hakimə tüpürdü, UEFA ona daha bir cəza verdi - VİDEO

26 Mart 19:20 Qarabağ 1 118
Elvin hakimə tüpürdü, UEFA ona daha bir cəza verdi - VİDEO

“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev Avropa Liqasının pley-off mərhələsində Bakıda “Braqa”ya uduzduqları oyunda hakimə qarşı təhqiredici davranışına görə cəzalanıb.

Sportinfo.az xəbər verir ki, UEFA müdafiəçiyə referiyə tüpürdüyünə görə daha 1 oyunluq cəza verib.

E.Cəfərquliyev həmin matçdakı qırmızı vərəqəyə görə Avroliqanın 1/8 finalının ilk görüşündə Bakıda “Bayer”ə (Leverkuzen) qarşı keçirilən matçı buraxmışdı.

Lakin qitə futbol qurumu hakimə qarşı davranışına görə onu daha bir oyunluq cəzalandırıb.

Nəzərə alsaq ki, müdafiəçi “Bayer”lə Almaniyada keçirilən matçda da qırmızı vərəq almışdı, o zaman E.Cəfərquliyev növbəti mövsümdə “Qarabağ”ın iki avrokubok matçında meydanda ola bilməyəcək.

Digər Xəbərlər
Xəbər Lenti