İspaniya klubu 7-8 aydır "Qarabağ"ı incidir – Bu transfer üçün

26 Yanvar 2024 13:00 Qarabağ 8 473
İspaniya klubu 7-8 aydır "Qarabağ"ı incidir – Bu transfer üçün

"Qarabağ" heyətini gücləndirməyi planlaşdırır.

Ağdam təmsilçisi hazırda Sequndada çıxış edən Kurro Sançezlə maraqlanır.

"Köhlən atlılar" "Burqos"da forma geyinən sağ cinah vingerinə dəvət göndərib.

Avropa Liqasında yarışmasını davam etdirən təmsilçimiz bu mövsüm 25 görüşdə 9 qol vuran və 4 məhsuldar ötürmə verən ispaniyalıya 3 illik müqavilə təklif eləyib.

Sequnda komandası ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq Kurro Sançez "Qarabağ"a gəlməyə razılaşıb. Sadəcə, "Burqos" hələ keçidə razılaşmır.

İspan klubu azərbaycanlı həmkarlarından 500 min avro təzminat istəyir. Əslində, danışıqlar 7-8 aydan çoxdur davam edir.

Qarşı tərəf "Qarabağ"a bu müddətdə güzəştə getməyib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti