"Qarabağ"lı legionerin sağlıq durumundan XƏBƏR VAR

26 Yanvar 2024 03:30 Qarabağ 798
"Qarabağ"lı legionerin sağlıq durumundan XƏBƏR VAR

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın aparıcı legioneri Marko Yankoviçin durumuna aydınlıq gəlib.

Ağdam klubunun son məşqlərinin birində qolundan zədələnmiş monteneqrolunun kollektivlə nə zaman məşqlərə başlayacağı da bəlli olub.

"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin verdiyi məlumata görə, Yankoviç hazırda fərdi məşqlərlə kifayətlənir:

"Bəli, Marko fərdi məşq edir. Onu ikili mübarizələrdən qorumaq üçün komanda ilə məşq etməməsinə qərar verilib.

Amma təxminən bir həftədən sonra kollektivlə də məşqlərə başlayacaq".

28 yaşlı futbolçu zədə səbəbindən Premyer Liqanın 19-cu turunun "Araz-Naxçıvan"la(3:1) görüşündə meydana çıxmamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti