UEFA-nın 2 yeni qərarı "Qarabağ"ın qanını qaraltdı - Böyük məbləğdə pul tutdular

26 Mart 16:40 Qarabağ 878
UEFA-nın 2 yeni qərarı "Qarabağ"ın qanını qaraltdı - Böyük məbləğdə pul tutdular

UEFA "Qarabağ"ı 45750 avro (təxminən 84532 manat) cərimələyib.

Sportinfo.az xəbər verir ki, qurum Bakıda "Braqa" və "Bayer 04"ə qarşı Avropa Liqasının oyunlarında yaşananlara hüquqi qiymət verib.

"Köhlən atlar" "Braqa"ya qarşı pley-off mərhələsinin cavab matçında (2:3, əlavə vaxtda) lazer şüalarından istifadəyə görə 8000, təhqir xarakterli təxribatçı mesaj ucbatından 22500, ictimaiyyətə müraciət sistemindən düzgün istifadə edilməməsi səbəbindən 5000, komandanın düzgün olmayan davranışına görə 7500 avro ödəyəcək.

Leverkuzen təmsilçisi ilə 1/8 final mərhələsinin Bakıdakı ilk qarşılaşmasında (2:2) isə azarkeşlər pirotexniki vasitələrdən istifadə ediblər. "Qarabağ" bu səbəbdən 2750 avro ziyana düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!