“Qarabağ”a qurşaqdan aşağı zərbə vuran haqda TƏNQİDİ VİDEO

24 Mart 23:20 Qarabağ 3 851
“Qarabağ”a qurşaqdan aşağı zərbə vuran haqda TƏNQİDİ VİDEO

«Elvin Cəfərquliyev yenə «Qarabağ»ı pis vəziyyətdə buraxdı».

Bu fikir futbol eksperti Emin Abbasova məxsusdur.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişində danışan tanınmış teleşərhçi Avropa Liqasının pley-off mərhələsində və 1/8 final mərhələsində qırmızı vərəqə alan müdafiəçini qınayıb.

Bununla belə, o, mental amilə və hakimlərin qərəzli münasibətinə diqqət çəkib:

«Avropada «Qarabağ»a qarşı ikili standartlar tətbiq olunur. Biz illərdir bunun şahidiyik. Dəfələrlə «Qarabağ»ın əleyhinə yanlış qərarlar verilib.

Elvin bunu nəzərə almalıydı. Ümumiyyətlə, «Qarabağ»ın futbolçuları avrokuboklarda diqqətli olmalıdır.

Kevin Medina, Marko Veşoviç və digərlərinin «qırmızı» alması göstərir ki, bəzən bu səviyyədə oynayanda mental olaraq özümüzü kökləyə bilmirik.

Təəssü ki, Elvin Almaniyada «Bayer»ə qarşı cavab oyununda etdiyi səhvlə «Qarabağ»ın növbəti mərhələyə yüksəlmək kimi tarixi şans yaxalamasına imkan vermədi».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

v

Digər Xəbərlər
Xəbər Lenti