Bir dəli quyuya daş atıb, qırx ağıllı yığışıb çıxara bilmir…

02:20 Qarabağ 86
Bir dəli quyuya daş atıb, qırx ağıllı yığışıb çıxara bilmir…

Guya “Atletik”in baş məşqçi Ernesto Valverde bildirib ki, “Qarabağ”a 9 qol vuracaqlar.

Maraqlıdır ki, heç ispanların özlərinin bundan xəbəri yoxdur. Günlərdir bunu sosial mediada, saytlarda yazan da, müzakirə edən də elə bizimkilərdir.

Mənbə olaraq İspaniya mətbuatı göstərilir.

Görəsən, İspaniyanın hansı mətbuatı bu sözləri tirajlayıb? Valverde hansı media qurumuna o sözləri deyib? Əlbəttə, heç birinə. Kiçik bir araşdırma aparmaq nə çətin işdi ki?

Valverde peşəkar bir insandır, bir vaxtlar “Barselona” kimi komandanı da çalışdırıb, onu 2 dəfə çempion da edib. Və belə bir yüksək peşəkar statusu olan adam rəqibi barəsində “ona 9 qol vurmalıyıq” kimi aşağılayıcı söz deməyib, deməz də. Xüsusən də əgər söhbət “Qarabağ” kimi Çempionlar Liqasında ardıcıl 2 qələbə qazanan, artıq bütün Avropanın hesablaşıb çəkindiyi komandadan gedirsə.

Yeri gəlmişkən, hazırda “Qarabağ” ÇL-də 6-cı, Valverdenin komandası isə 34-cü yerdədir.

Aydın Bağırov
(Feysbuk paylaşımı)

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada