
«Qarabağ» son bir neçə ayda heç bir futbolçusuna görə rəsmi transfer təklifi almayıb.
Bu barədə Sportinfo.az-a klubun direktoru Emrah Çelikel bildirib.
İllərdir Ağdam təmsilçisini idarə edən funksionerin dediyinə görə, mediada yayılan məlumatlardan xəbərdardırlar, lakin yaxın və uzaq ölkələrdən onlara hansısa müraciət daxil olmayıb:
«Ola bilsin, Avropadan «x» bir komanda bizim oyunçuya maraq göstərsin, istəsin. Belə söz-söhbətlər həmişə var.
Sadəcə, ortada rəsmi bir şey yoxdursa, bu haqda danışmaq yersiz görünər. Hazırda klubumuzda hər kəsin fikri qarşıdakı matçlara yönəlib.
Komandamız sıx qrafiklə oyunlara çıxır».