
“Birinci hissədəni çox pis keçirdik, bu səbəbdən də fasiləyə məğlub durumda yollandıq.
Rəqibin də haqqını vermək lazımdır. “Turan Tovuz” həqiqətən də yaxşı komandadır”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Kamilo Duran Premyer Liqanın 8-ci turunda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
Kolumbiyalı çox mühüm qələbə qazandıqlarını bildirib:
“İkinci hissədə oyunu dəyişmək istəyirdik. Meydana bunun üçün çıxdıq.
Tablodakı rəqəmləri dəyişmək bizim üçün çox mühüm idi. Şadam ki, bunu bacardıq. Yekunda çox vacib 3 xal qazandıq”.