Kurban Berdıyev: "Qarabağ"a qarşı oynamaq çətindir"

17 Oktyabr 22:10 Qarabağ 881
Kurban Berdıyev: "Qarabağ"a qarşı oynamaq çətindir"

"Turan Tovuz" Azərbaycan Premyer Liqasının 8-ci turunda "Azersun Arena"da "Qarabağ"a 1:2 hesabı ilə uduzub.

Sportinfo.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Təəssüflər olsun ki, ikinci hissənin ilk 10 dəqiqəsində 2 qol buraxdıq. "Qarabağ" kimi komandaya qarşı oynamaq çətindir. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram.

- Son 15 dəqiqədə sanki komandada fiziki cəhətdən eniş var idi. Siz necə düşünürsünüz?

- Elə düşünmürəm. Fiziki baxımdan düşüş yox idi.

- İki hissə arasında hansı fərq var idi?

- Əvəzetmələr "Qarabağ"ın oyununu çox gücləndirdi. İkinci hissənin müəyyən qismində istədik ki, hesabı qoruyaq. Bu, bizə bir az mane oldu. Amma "Qarabağ"ın haqqını vermək lazımdır. Yaxşı oynadılar.

- Əvəzetmələrdə gecikdiyinizi düşünmürsüz?

- Xeyr, belə planlaşdırmışdıq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu