Bu informasiya “Qarabağ”ın futbolçularını sevindirəcək

17 Oktyabr 20:00 Qarabağ 6 821
Bu informasiya “Qarabağ”ın futbolçularını sevindirəcək

“Qarabağ” Çempionlar Liqasında növbəti oyuna hazırlaşır.

Təmsilçimiz Liqa mərhələsinin III turunda Bilbao “Atletik”inin qonağı olacaq.

"Köhlən atlar” “San Mames” stadionundakı matçda dəstəksiz qalmayacaq.

“Atletik” rəsmiləri azərbaycanlı azarkeşlərin oyunu tribunadan izləməsi üçün 600 bilet ayırıb.

Sevindirici məqam görüşə bir neçə gün qalmasına bazmayaraq, biletlərdən 400-nün satılmasıdır. Oyun saatına qədər yerdə qalan biletlərin də sahibini tapacağı gözlənilir.

Oktyabrın 22-də baş tutacaq sözügedən qarşılaşmanın start fiti saat 20:45-də çalınacaq.

“Qarabağ” iki turdan sonra iki qələbə qazanmaqla 6 xala sahibdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu