
“Qarabağ” Çempionlar Liqasında növbəti oyuna hazırlaşır.
Təmsilçimiz Liqa mərhələsinin III turunda Bilbao “Atletik”inin qonağı olacaq ki, “köhlən atlar”ın səfəri planı məlumdur.
“Qarabağ” vətəni matçdan iki gün əvvəl tərk edəcək.
Bakı vaxtı ilə axşam 6 radələrində çarter reysli təyyarə ilə havaya qalxacaq. Təxminən 6 saatlıq uçuşdan sonra Bilbaoya çatacaq komanda üzvləri həmin gün istirahət edəcək.
Oyundan bir gün əvvəl Bakı vaxtı ilə saat 20:15-də Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq. Saat 20:45-
də isə “Qarabağ”ın matçöncəsi son məşqi baş tutacaq.
Oktyabrın 22-də baş tutacaq sözügedən qarşılaşmanın start fiti saat 20:45-də çalınacaq.
“Qarabağ” iki turdan sonra iki qələbə qazanmaqla 6 xala sahibdir.
HƏBİB / SPORTİNFO.AZ