
Sportinfo.az xəbər verir ki, “Atletik Bilbao”nun baş məşqçisi Ernesto Valverde İspaniya mediasına mətbuata açıqlama verib.
Valverde bildirib ki, komandası “Qarabağ”ın oyunlarını diqqətlə izləyib və qarşılaşmada təhlükəli, bol qollu oyun göstərmək niyyətindədir.
Baş məşqçi oyunçularına tapşırıq da verib: “Qarabağ”ın qapısına mümkün qədər çox – hətta 9 top – vursunlar".
“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki növbəti oyunu oktyabrın 22-də keçiriləcək.
Bu qarşılaşmada ağdamlılar “Atletik Bilbao” komandası ilə üz-üzə gələcəklər. Matç İspaniyanın Bilbao şəhərindəki “Estadio San Mames” stadionunda baş tutacaq.