
Son günlər haqqında ən çox danışılan iki yerli futbolçudan biri Bəhlul Mustafazadədir.
28 yaşlı müdafiəçi həm "Qarabağ"la ÇL-də, həm də milli komandada çox etibarlı oyunu ilə seçilir.
Əksəriyyət Mustafazadənin tam yetişdiyini və ölkə xaricində yaxşı legioner həyatı yaşamağa hazır olduğunu düşünür.
Bəs futbolçumuzun özü bu barə nə fikirləşir?
Sportinfo.az-a açıqlamasında təcrübəli oyunçu bunları dedi:
"İlk öncə onu deyim ki, heç bir təklifim yoxdur. Olması da bir az qəribə olardı.
Çünki "Qarabağ"ın heyətində ÇL-də mübarizə aparıram. Bizim daha çox fokusumuz oradır. Nəsə bir şey olsa, hamının xəbəri olacaq.
Legioner həyatına hazır olub-olmamaq? Hər zaman legioner həyatı yaşamağa hazır olmuşam. Amma həmişə də daha çox artırmaq üçün fürsətlər var.
Bu oyunlar da göstərir ki, artırmaq üçün yer var. Hər zaman hazır idim, amma yenə də daha çox çalışmaq lazımdır ki, daha yaxşı olasan".
XANOĞLAN