"Qarabağ"a nəzər dəyməsin, yolun yarısı bitdi" - VİDEO

15:00 Qarabağ 151
"Qarabağ"a nəzər dəyməsin, yolun yarısı bitdi" - VİDEO

"Yolun yarısı "Qarabağ" üçün bitdi".

Bu fikirlər Türkiyə yığmasının sabiq ulduzu Nihat Kahveçiyə aiddir.

Hazırda futbol eksperti olaraq fəaliyyət göstərən keçmiş yarımmüdafiəçi Azərbaycan klubunun Çempionlar Liqasının əsas mərhələsində göstərdiyi çıxışı dəyərləndirib.

Məşhur "Beşiktaş"lı bildirib ki, Ağdam təmsilçisi ilk 2 turda maksimum xal toplayan altı iştirakçıdan biridir.

Onun qənaətinə görə, Qurban Qurbanovn çalışdırdığı komanda qarşıdakı 6 turda eyni sayda xal toplayarsa, pley-off mərhələsinə vəsiqə qazanacaq.

Kahveçi "Qarabağ"ın bunu bacaracaq gücdə olduğunu söyləyib. Qeyd edib ki, Portuqaliyada "Benfika"ya qalib gəlmiş kollektivdən çox şey gözləməyə dəyər.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti