“Qarabağ”ın prezidenti bu problemin həlli üçün ondan kömək istədi - SON DƏQİQƏ

13:00 Qarabağ 2 715
“Qarabağ”ın prezidenti bu problemin həlli üçün ondan kömək istədi - SON DƏQİQƏ

«Qarabağ»ın prezidenti Tahir Gözəl növbəti dəfə AFFA və SOCAR prezidenti Rövşən Nəcəfə müraciət ünvanlayıb.

Saytımız bununla bağlı yeni məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, Azərbaycanın ən uğurlu klubunun başqanı ondan üzləşdikləri problemin həllində köməklik istəyib.

Söhbət akademiyanın tikintisi üçün gözdən keçirilmiş ərazidən gedir. Hansı ki, həmin torpaq sahəsi SOCAR-ın balansındadır.

Neft şirkətinə aid ərazi «Qarabağ»ın yerləşdiyi və stadion tikdiyi yerə bitişikdir. «Köhlən atlar» uzun müddətdir ki, orada infrastruktur qurmaq və uşaq futbolunu inkişaf etdirmək niyyətindədir.

Bünunla bağlı hazırlanmış layihə illərdir ki, masanın üzərində «yatır». «Qarabağ» rəhbərliyi ssmetası milyonlarla manat olan projenin icrası üçün hər cür fədakarlıq etməyə razıdır, di gəl, aidiyyatı qurumdan nə səs çıxır, nə soraq.

Halbuki Rövşən Nəcəf istəsə, problemi1 dəqiqənin içində həll olar. Hər şey onun bir «ok»undan asılıdır.

«Qarabağ» həmin ərazini birdəfəlik satın almaq niyyətində deyil. Fikir torpağı uzunmüddətli icarəyə götürməkdir.

Belə deyək, klub orada akademiya binası tikmək, bir neçə meydança salmaq, beləcə, uşaq və yeniyetmələr üçün baza qurmaq arzusundadır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti