Problemi olan aparıcı legioner “Qarabağ”a nə zaman qayıdacaq?

17:20 Qarabağ 1 124
Problemi olan aparıcı legioner “Qarabağ”a nə zaman qayıdacaq?

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç zədədən sonra fərdi məşqlərini davam etdirir.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Anar Hacıyev məlumat verib:.

“Həm Marko, həm də Montiel fərdi məşq edir. Ola bilər ki, onlar yaxın günlərdə mərhələli şəkildə yenidən komanda məşqlərinə başlasınlar.

Məlum olduğu kimi, komandada dörd günlük fasilə var idi və biz bu gündən məşqləri bərpa edirik. Yaxın günlərdə daha dəqiq məlumat veriləcək, lakin hələlik Yankoviçin çox yaxında əsas heyətlə məşqlərə qayıda biləcəyi məlumdur”.

Marko Yankoviç “Qarabağ”ın Çempionlar Liqasında "Benfika"ya 3:2 hesabı ilə qalib gəldiyi matçın 77-ci dəqiqəsində zədələnib.

Digər Xəbərlər
Xəbər Lenti