
“Azərbaycan futbolu üçün çox önəmli qələbə qazandıq.
Bu bizi həqiqətən sevindirir.
Hər zaman belə nəticələrlə azarkeşlərimizi xoşbəxt etmək istəyirik”.
Sportinfo.az xəbər verir ki, bu fikirləri f“Qarabağ”ın hücumçusu Musa Qurbanlı bildirib.
23 yaşlı forvard evdə Çempionlar Liqasının ikinci turunda “Kopenhagen” üzərində 2:0 hesablı qələbəni dəyərləndirib.
O, oyunun həm maraqlı, həm də çətin keçdiyini vurğulayıb:
“Son dəqiqələrdə əldən verdiyim qol şansı məni bir az məyus etdi. Çox istəyirdim ki, qapıya yol tapım, amma alınmadı, qismət belə imiş”.