“Qarabağ”ın İspaniyadakı oyununu izləmək istəyənlər bu XƏBƏRİ OXUSUN!

00:30 Qarabağ 168
“Qarabağ”ın İspaniyadakı oyununu izləmək istəyənlər bu XƏBƏRİ OXUSUN!

“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda İspaniyada “Atletik Bilbao” ilə keçirəcəyi oyun üçün vauçerlər sabah saat 15:00-da satışa çıxarılacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, sözügedən qərar vauçerlərin çoxsaylı istəkləri əsasında qeydə alınıb. Həmçinin əlavə edilib ki, vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında paylaşılacaq.

“Atletik Bilbao”–“Qarabağ” matçı oktyabrın 22-si saat 20:45-də “Estadio San Mames”də keçiriləcək.

Bundan öncə klub biletlərin oktyabrın 15-də satışa çıxarılacağını bəyan etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 18:10 Çək və bizə göndər!