“Qarabağ” ilk və yeganə komanda ilə rəsmi əməkdaşlığa başladı

09:00 Qarabağ 517
“Qarabağ” ilk və yeganə komanda ilə rəsmi əməkdaşlığa başladı

“Qarabağ” Azərbaycanın və Qafqazın FIRST Robotics Competition (Elm və Texnologiyanın Təşviqi və Tanınması üçün Robototexnika Müsabiqəsi) üzrə ilk və yeganə komandası olan “MecHack-9030” komandası ilə rəsmi əməkdaşlığa başlayıb.

Sportinfo.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində komanda “Qarabağ MecHack-9030” adını daşıyacaq və gənclərin inkişafı, intellektual sahələrin təşviqi, eləcə də ölkəmizin beynəlxalq arenada tanıdılması istiqamətində birgə fəaliyyət göstərəcək.

“Qarabağ” əməkdaşlıqla gənclərin bacarıqlarının genişləndirilməsinə və Azərbaycan mədəniyyətinin tanıdılmasına verdiyi dəstəyi daha da gücləndirir.

“Qarabağ MecHack-9030” komandası son üç ildə beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil edib və müxtəlif mükafatlar qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti